• weather_picBakı ° C
  • m/s
currency_pic
    Haqqimizda
    • Azərbaycanca
    • Русский
    • English
    logo
        Report İnformasiya AgentliyiReport İnformasiya Agentliyi
        • Vakansiyalar
        • Haqqımızda
        • Bizimlə əlaqə
        • Abunə
        • Siyasət
        • İqtisadiyyat
        • COP29
        • Cəmiyyət
        • İdman
        • Mədəniyyət
        • Dünya
        • Analitika
        • Multimedia

        Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

        "Report"müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

        “Neftçi”nin yeni baş məşqçisi: “Təklif mənim üçün gözlənilməz oldu”

        Futbol
        2 Fevral, 202411:07
        “Neftçi”nin yeni baş məşqçisi: “Təklif mənim üçün gözlənilməz oldu”

        “Neftçi”nin təklifi mənim üçün gözlənilməz oldu”.

        Bunu “Report”a açıqlamasında “Neftçi”nin qadınlardan ibarət komandasının yeni baş məşqçisi Siyasət Əsgərov deyib.

        36 yaşlı mütəxəssis Bakı klubundan təklif alana qədər Azərbaycanda çalışmaq barədə düşünmədiyini etiraf edib: “Klub səviyyəsində ölkə daxilində işləmək planım yox idi. Ancaq “Neftçi” rəhbərliyi tərəfindən maraqlı təklif gəldi. Klubun qadın futbolu ilə bağlı çox yaxşı layihələrinin olması qərarıma təsir etdi. Bu üzdən mövsümün sonuna qədər komandada çalışmaq qərarına gəldim”.

        Ölkə xaricindən təkliflərinin olduğunu bildirən S.Əsgərov Azərbaycanda qalmasını belə əsaslandırıb: “Ölkə xaricindən təkliflərim var idi. Əsasən Türkiyədən maraqlanırdılar. Orada isə ikinci dövrə yeni başlayıb. Belə bir məqamda getmək istəmədim. Çünki hansısa komandaya ya dövrələrarası fasilədə, ya da mövsümün əvvəlində keçmək daha yaxşı olar”.

        “Neftçi”də çalışmaqla yanaşı, Azərbaycan millisinin baş məşqçisi vəzifəsini yerinə yetirməkdə davam edəcək Siyasət Əsgərov qərarında bu amilin də rol oynadığını vurğulayıb: “Milli üzvlərinin çoxu ölkə xaricində çıxış edir. Azərbaycanda oynayanların əksəriyyəti isə “Neftçi”dədir. Həmçinin burada aşağı yaş qrupu üzrə yığmaların üzvləri də çıxış edirlər. Təklifi qəbul etməyimin əsas səbəbi də bu amil oldu. Millinin oyunçularının ölkə xaricinə yollanmalarına, daha yaxşı liqalarda çıxış etmələrinə çalışırıq”.

        Qeyd edək ki, Siyasət Əsgərov ötən gün “Neftçi” ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə bağlayıb.

        Bizim WhatsApp kanalımıza abunə olun

        Son xəbərlər

        15:51
        Shrek 5Dünya
        13:20
        Bakının dəniziCOP29
        10:45
        How to Optimize Your React App With Loadable ComponentsMultimedia
        13:36
        Asus NoteBook-ları ucuzlaşırİqtisadiyyat
        08:23
        Bitcoin qalxirİqtisadiyyat
        05:24
        Premyer Liqa: Bu gün "Neftçi" - "Qarabağ" oyunu baş tutacaqİdman
        12:50
        Prezident: 10 ilə bərpaolunan enerjidən maksimum istifadə edib, daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıqİqtisadiyyat
        10:53
        “Qarabağ”ın “Bayer 04”lə ev oyununa 27000 bilet satılıbİdman
        06:55
        Azərbaycanda əsgərlərə 20 günlük məzuniyyətin verilməsi təklif edilirSiyasət
        05:44
        Erlinq Holann 54 ildən sonra Corc Bestin rekordunu təkrarlayıbİdman
        07:33
        “Mastercard” və “CinemaPlus” strateji tərəfdaş olub: “CineMastercard” təqdim edilirMədəniyyət
        05:21
        Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.02.2024)İqtisadiyyat
        05:59
        Oğuzda yollar buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşibCəmiyyət
        05:35
        "Qarabağ"ın rəqibi rekorda imza atıbİdman
        04:48
        “Nova-C” Aya enib: 50 illik fasilədən sonra ABŞ-nin peykə ilk enişi gerçəkləşdirilibCəmiyyət
        04:23
        Bakıda 8 istiqamətdə tıxac yaranıb - SİYAHIİqtisadiyyat
        20:22
        “Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlibİdman
        17:53
        Avropa Liqası: "Qarabağ" "Braqa" ilə səfər oyununda inamlı qələbə qazanıbİdman
        17:43
        Rusiya Donetskin kəndini atəşə tutub, ölən və yaralananlar varDünya
        17:40
        Fuad Nəcəfli NDU-da həyata keçiriləcək layihələrdən danışıbCəmiyyət
        Bütün xəbər lenti