
A good developer is always keen to find, learn and adapt new ways to optimize the app that he/she is working on. ‘Loadable Components’ is such a package that helps you to optimize your react app in numerous ways.
@Let’s find out about its features.@
*Component Splitting*
This feature allows you to load the components separately that are not necessary to load during the initial load. So that it will help to reduce the initial loading time.
It’s not mandatory to provide a fallback UI with this even though it’s something good to have for a better user experience.
According to the above code, when the user clicks on the button, ComponentA will get rendered into the DOM.
The below screenshot was taken during the test that I did without using loadable-components (Which means I have uncommented line 3 from the above code and commented lines 4 and 5.)
In that scenario, _ComponentA_ is also in bundle.jstogether with all other codes. That means the app has used its resources to load ComponentA during the initial rendering of the app, which is not necessary as ComponentA is something that we need only after we click the button to render it. Hence the initial loading time is recorded as 66ms.
The below screenshot was taken during the test that I did while using loadable-components. (Which means I used the previous code exactly as it is). This time the componentA has got loaded as a separate component (src_Components_Com…). So that it has not bothered the initial rendering. Hence the initial loading time of bundle.js has been reduced to 63ms. The size of bundle.js has increased because we had to import loadable-components package (line 4) to make things work.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.
"Report"un məlumatına görə, son olaraq iki oyun gerçəkləşəcək.
Günün ilk matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edəcək. Bölgə təmsilçisi 15 xalla sonuncu, paytaxt klubu 34 xalla 6-cı pillədə qərarlaşıb.
Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. "Neftçi" doğma meydanda "Qarabağ"la üz-üzə gələcək. "Ağ-qaralar" 36 xalla ikinci sırada yer alıb, "köhlən atlar" 57 xalla liderdir.
*Azərbaycan Premyer Liqası*
*XXV tur*
*16:00. “Qəbələ” – “Səbail”*
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu
*19:00. “Neftçi” – “Qarabağ”*
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Neftçi Arena”
Qeyd edək ki, daha əvvəl "Kəpəz" səfərdə "Sumqayıt"ı (3:1), "Sabah" evdə "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Zirə" - "Turan Tovuz" görüşündə qalib müəyyənləşməyib - 1:1.
Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır.
"Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində söyləyib.
Dövlət başçısı qeyd edib: “Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq”.
“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ilk oyuna 27000 bilet satılıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bilet satışı hələ də davam edir. Məhdud sayda biletləri “Iticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür. “Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılır.
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” görüşü saat 21:45-də başlayacaq. Cavab qarşılaşması martın 14-də
Azərbaycanda əsgərlərə 20 günlük məzuniyyətin verilməsi təklif edilir.
“Report”un xəbərinə görə, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Belə ki, Ombudsman tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” qanunun 11-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına bir dəfə verilən qısa müddətli 10 günlük məzuniyyətin, hər birinin müddətinin 10 gün olmaqla 2 dəfə verilməsi təklif edilir.
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann "Mançester Yunayted"in sabiq oyunçusu Corc Bestin rekordunu təkrarlayıb.
"Report"un məlumatına görə, 23 yaşlı forvard buna ölkə kubokunun 1/8 finalında "Luton Taun"a 5 qol vurmaqla nail olub.
Son olaraq Corc Best 1970-ci ildə bu turnirdə penta-trik edib.
Qeyd edək ki, qarşılaşma "şəhərlilər"in 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Holann 2022-ci ildə 60 milyon avroya Almaniyanın "Borussiya" (Dortmund) klubundan "Mançester Siti"yə keçib.

Ödəniş sənayesinin qlobal texnologiya lideri “Mastercard” və Azərbaycanın premium kinoteatrlar şəbəkəsi “CinemaPlus” innovativ strateji tərəfdaşlıq barədə razılıq əldə edib.
“Report” xəbər verir ki, “CinemaPlus” misli görünməmiş ödəniş innovasiyaları ilə birlikdə kino təcrübələrinin yeni dövrünü simvolizə edən “CineMastercard” kimi rebrendinq olunub.
Bildirilib ki, “CineMastercard”a rebrendinq sadəcə ad dəyişikliyindən daha artıqdır. Bu, istehlakçı təcrübəsini görünməmiş şəkildə artırmaq məqsədi daşıyan iki sənayenin - əyləncə və maliyyə texnologiyasının birləşməsini təmsil edir. Bu tərəfdaşlıq həyatı daha rahat, əyləncəli və faydalı etmək üçün texnologiyadan istifadə etmək üzrə ortaq öhdəliyimizi əks etdirir.
“CinemaPlus”un “Mastercard” adını qəbul etmək qərarı hər iki qurum arasında dərin strateji uyğunlaşma deməkdir. “Mastercard”ın qabaqcıl ödəniş həlləri yaratmaq təcrübəsi CinemaPlus-un görkəmli əyləncə təcrübələrini təmin etmək missiyasına mükəmməl uyğun gəlir.
Bu tərəfdaşlıq bir sıra innovativ xüsusiyyətlər nümayiş etdirəcək. “Mastercard”ın təkmil ödəniş texnologiyası sayəsində bilet və güzəştlərin daha sürətli və təhlükəsiz alınmasına imkan verən qüsursuz əməliyyatlar gözlənilr. Bundan əlavə,“Mastercard” kart sahiblərini onlara xüsusi sövdələşmələrə, prioritet nümayişlərə və CineMastercard məkanlarında unikal təcrübələrə giriş təklif edən eksklüziv üstünlüklər gözləyir. Kart sahibləri il ərzində bütün bilet, yemək və içki alışlarında 10% endirim əldə edə biləcəklər.
Bundan əlavə, kart sahibləri “Mastercard”ın qlobal miqyasda qürurla sponsorluq etdiyi Kann, Berlinale və Venesiya Film Festivalları kimi kino tədbirlərinə uyğunlaşdırılmış unikal kampaniyalardan faydalanacaqlar. Bu kampaniyalar kart sahiblərini il boyu eksklüziv təkliflərlə əlaqələndirmək üçün nəzərdə tutulub. 2024-cü ilin gələn ayından başlayan ilk kampaniyasına start verən şanslı cütlük Kann Film Festivalını birbaşa yaşamaq fürsəti əldə edəcək. Onlar məşhurlarla qırmızı xalıda gəzmək, festivalın tədbirlərinin şahidi olmaq, xüsusi toplantı və şənliklərdə iştirak etməkdən həzz alacaq, orijinal festival təcrübəsi qazanacaqlar.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Report" xəbər verir ki, avronun məzənnəsi 0,3 % artaraq 1,8451 manat, Rusiya rublunun məzənnəsi isə 0,5 % artaraq 0,0184 manat təşkil edib.
Qar və şaxtalı hava səbəbindən Oğuz şəhərinin mərkəzi küçələri buz bağlayıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, nəticədə avtomobillərin hərəkəti çətinləşib, bəzi nəqliyyat vasitələri yolda qalıb.
Sürücülərin sözlərinə görə, şəhərin küçələrinə duz və qum səpilməyib. Nəticədə belə problemlər yaranıb.
"Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi "Bayer 04" Almaniya komandaları arasında yeni rekorda imza atıb.
"Report"un məlumatına görə, Xabi Alonsonun baş məşqçisi olduğu kollektiv buna Bundesliqanın XXIII turunda “Maynts”a qalib gəlməklə (2:1) nail olub.
Leverkuzen təmsilçisinin məğlubiyyətsiz oyunlar seriyası 33-ə (29 qələbə, 4 heç-heçə) çatıb.
Beləliklə, komanda "Bavariya"nın nailiyyətini geridə qoyub. Münhen təmsilçisi 2019-2020-ci illərdə Hans-Diter Flikin rəhbərliyi altında ardıcıl 32 matçda uduzmayıb.
"Bayer 04" hazırda 61 xalla liderdir. Rəqibindən 1 oyun az keçirən "Bavariya" 50 xalla ikinci sıradadır.
Qeyd edək ki, "Qarabağ" ilə "Bayer 04" arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək. Tofiq Bəhramov adına Respublika stadionunda görüş saat 21:45-də, səfərdəki duel saat 00:00-da başlanacaq.

Amerikanın özəl şirkəti “Intuitive Maсhines”ə məxsus kommersiya məqsədli kosmik zondu ilk dəfə Aya enib və oradan siqnal ötürüb. Bu, 50 il əvvəl “Apollon” proqramının başa çatmasından sonra ABŞ-nin Aya ilk enişidir.
“Report” xəbər verir ki, tarixi hadisə NASA-nın sosial şəbəkə hesabında canlı yayımda işıqlandırılıb.
Aya eniş Bakı vaxtı ilə 03:23-də baş tutub. Enişdən sonra kosmik qurğu ilə əlaqə qurmaq mütəxəssislərin 10-15 dəqiqəsini alıb.
“Biz səthdəyik və siqnal ötürürük. Aya xoş gəlmisiniz”, – “Intuitive Maсhines” şirkətinin başçısı Stiv Altemus söyləyib.
Qeyd edək ki, “Odissey” adını almış “Nova-C” modulunun Ayda 14 gün ərzində fəaliyyət göstərəcəyi gözlənilir. Qurğu iş adamı İlon Maskın Amerika aerokosmik şirkəti “SpaceX”in “Falcon-9” daşıyıcı raketi ilə lazımi trayektoriyaya buraxılıb. “Falcon 9” fevralın 15-də yerli vaxtla saat 01:05-də (Bakı vaxtı ilə 10.05) Floridada Kanaveral burnunda yerləşən Con Kennedi Kosmik Mərkəzindən orbitə buraxılıb. İlkin olaraq buraxılış fevralın 14-ü səhərə planlaşdırılsa da, texniki nasazlıq səbəbindən bir gün ertələnib.

Bakıda bir sıra yollarda tıxac yaranıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sosial şəbəkədə məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
6. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
10. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;
11. Şəmsi Bədəlbəyli küçəsi, Qış parkının qarşısından Mərkəzi Bank istiqamətində;
12. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
13. Zərifə Əliyeva küçəsində;
14. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.
“Report”un məlumatına görə, Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyərək, bunu reallaşdırıb.
Səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb.
Birinci hissədə qapılara qol vurulmayıb. 57-ci dəqiqədə “Qarabağ” meydanda azlıqda qalıb. Müdafiəçi Elvin Cəfərquliyev qırmızı vərəqə alıb. Say üstünlüyündən istifadə edən qonaqlar 70-ci dəqiqədə hesabı açıblar. Rocer Fernandes yaxın məsafədən "çərçivə"ni dəqiq nişan alıb. “Braqa” 83-cü dəqiqədə ikinci qolu vurub. Bu dəfə Alvaro Calo fərqlənib.
Portuqaliyalılar 90 dəqiqəni 2:0 hesabı ilə öndə tamamlayıblar. Ümumi hesab 4:4 olduğundan, əlavə 30 dəqiqə oynanılıb.
102-ci dəqiqədə Mateus Silva fərqlənərək, “Qarabağ”ı ümumi hesabda önə keçirib. Lakin 115-ci dəqiqədə Simon Banza penaltini dəqiq yerinə yetirərək, görüşdə hesabı komandasının xeyrinə dəyişib - 3:1.
Ancaq təslim olmayan Azərbaycan çempionu 120+2-ci dəqiqədə növbəti mərhələni gətirən qolu vurub. Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. Nəticədə təmsilçimiz 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib.
Beləliklə, “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. Bu mərhələnin oyunları martın 7-də və 14-də keçiriləcək.

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
“Report”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma saat 21:45-də start götürüb.
Matçın baş hakimi bolqarıstanlı FIFA referisi Georgi Kabakovdur.
Braqadakı ilk matçda 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi bu üstünlüyü qoruyacaqları təqdirdə, tarixində ilk dəfə 1/8 finala yüksələcək.
Bakıda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və Portuqaliyanın “Braqa” klubunun start heyətləri açıqlanıb.
“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüsenov, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo.
“Braqa”: 1. Mateus, 4. Siku Niakate, 15. Paulu Oliveyra, 2. Viktor Qomeş, 26. Kristian Borxa, 16. Rodriqo Salasar, 22. Pittsi, 28. Joau Moutinyu, 11. Rocer Fernandeş, 23. Simon Banza, 9. Abel Ruis
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. Portuqaliyada baş tutan ilk görüşdə Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Konstyatınopolske kəndini atəşə tutması nəticəsində bir nəfər ölüb və doqquz nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə regionun dövlət administrasiyasının başçısı Vadım Filaşkin teleqramda deyib.
“Rusiyalılar Konstyatınopolskeni “Uraqan”dan atəşə tutublar – 13 mərmi kəndin ərazisinə düşüb”, – Filaşkin nəql edib.
Onun sözlərinə görə, kəndin atəşə tutulması bir nəfərin ölümü və dördü yeniyetmə olmaqla doqquz nəfərin yaralanması ilə sonuclanıb. Eyni zamanda, bir neçə evə zərər dəydiyi vurğulanıb.
Hazırda əraziyə baxış keçirilir, açılmış atəşin dəqiq fəsadları müəyyənləşdirilir.
Xatırladaq ki, Ukraynanın Donetsk vilayətinin böyük qismi 2014-cü ildən rusiyayönümlü separatçıların, 2022-ci ilin fevralından isə rəsmi şəkildə Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır. 2022-ci ilin fevralında genişmiqyaslı hərbi müdaxiləyə baxmayaraq, Moskva regionu tam işğal edə bilməyib.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan Dövlət Universiteti üçün ikinci tədris kampusu inşa ediləcək.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan Dövlət Universitetində keçirilən “Açıq mikrofon” layihəsi çərçivəsində tələbələrlə görüşündə deyib.
O bildirib ki, ingilisdilli tibb təhsili aparılacaq yeni kampus bu sahəyə dair bütün müasir təchizatla təmin olunacaq: "Dünya nəhəngi olan IBM şirkəti ilə imzalanan memorandum gənclərimiz üçün mühüm perspektiv vəd edir. Bu əməkdaşlıq çərçivəsində Naxçıvan Dövlət Universitetinin tabeliyində Beynəlxalq Proqramlaşdırma İnstitutu yaradılacaq. Tələbələrin xarici dil biliklərinə yiyələnməsi müasir dövrün əsas tələblərindəndir. Ötən ildən ingilisdilli tibb ixtisasının fəaliyyətə başlaması, eləcə də universitetin Beynəlxalq Məktəbinin istifadəyə verilməsi, bu mənada, mühüm önəm daşıyır".
Bununla yanaşı, vurğulanıb ki, Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Məktəbdə tədris Kembric təhsil proqramına əsaslanan metodologiya üzrə qurulacaq.
"Sözügedən Dövlət Proqramına uyğun olaraq ali, orta ixtisas və peşə təhsili səviyyələri üzrə tədris mövcud tələblərə, o cümlədən sənaye müəssisələrinin tələblərinə uyğun qurulacaq. Həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili, şəxsi inkişafı istiqamətində fəaliyyətin təşkili məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzi yaradılacaq", - F.Nəcəfli qeyd edib.

Ötən həftənin sonunda baş tutan Münxen Təhlükəsizlik Konfransında Azərbaycan tarixi uğura imza atdı. Prezident İlham Əliyevin fevralın 7-də keçirilən növbədənkənar seçkilərdən sonra dəvət aldığı bu beynəlxalq tədbir bir çox məqamına görə tarixi hadisə hesab oluna bilər.
Birincisi, Azərbaycanın guya Qərbdən uzaqlaşdığı, özünü təcrid etdiyi, Avropa ailəsindən uzaq düşdüyü barədə iddialar səslənirdi. Dövlət başçısı bu tədbirdə iştirak etməklə Avropada Bakı ilə bağlı dolaşan şayiələrə, suallara cavab verdi, bölgədəki siyasi reallıqları Qərb siyasətçilərinin diqqətinə çatdırdı. Azərbaycan liderinin keçirdiyi görüşlər, səslənən bəyanatlar bu cəfəng iddiaların üstündən birdəfəlik xətt çəkdi.
İkincisi, Bakının Davos və Münxenə dəvəti bir daha göstərdi ki, bu yalançı təbliğatın heç bir əsası yoxdur. Azərbaycan bundan sonra da öz milli maraqlarına uyğun balanslı siyasətini davam etdirəcək.
Üçüncüsü, seçkilərdə qələbədən sonra Prezident İlham Əliyevin Azərbaycanın Münxen Təhlükəsizlik Konfransına dəvəti, dövlət və hökumət başçılarının, nüfuzlu təşkilat rəhbərlərinin görüş üçün çoxsaylı müraciətləri onların bu seçkilərin nəticələrinə münasibətinin təsbitidir. Əksər dövlətlərin, beynəlxalq təşkilatların rəhbərləri təbrik məktublarında Azərbaycanın tək regionda deyil, dünyada artan nüfuzundan bəhs ediblər. Xüsusi vurğulanıb ki, Azərbaycan artıq “orta güc” ölkələri sırasındadır, o regional yox, qlobal miqyasda pozitiv gündəliyin formalaşmasına töhfəsini verir. Dövlət başçısı onunla görüşən ölkə rəhbərlərinə, beynəlxalq təşkilatların rəsmilərinə açıq şəkildə bildirdi ki, Azərbaycanla münasibətləri ikitərəfli qaydada - Ermənistan faktoru nəzərə alınmadan qursunlar.
Milli Məclisin deputatları - ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev, Tural Gəncəliyev qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 20-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcəklər.
Bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, sessiya çərçivəsində qurumun Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan haqları və humanitar məsələlər, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitələrinin və Daimi komitəsinin iclasları keçiriləcək.
Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti qurumun qış sessiyasının və komitə iclaslarının gündəliklərinə daxil olan məsələlərin müzakirəsində iştirak edəcək.
Səfər fevralın 24-də başa çatacaq.